Ermənistan polisinin rəis müavini Türkiyəyə gedir


10:48     02 Noyabr 2021 2021/11/261B4C29-8611-409A-B664-99F53A627332_1635836984.png

Ermənistanın baş naziri Nikol Paşinyan Polis rəisinin müavini Ara Fidanyanın İstanbula ezam edilməsi barədə qərar imzalayıb.

Femida.az xəbər verir ki, müvafiq qərar hüquq-informasiya portalında dərc edilib.

Fidanyan noyabrın 21-dən 26-dək Türkiyədə olacaq. O, İnterpolun Baş Assambleyasının İstanbulda keçirilən 89-cu sessiyasında iştirak edəcək.

Femida.az

Açar sözlər: #Ermənistan   #Türkiyə    

Oxunub: 1186