Hava kəskin dəyişəcək - Xəbərdarlıq


10:46     03 Noyabr 2021 2021/11/48553EA5-313A-41D7-ACCF-0D47C2D825BB_1635922129.jpeg

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Xidmətdən Femida.az -a bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 3-ü gündüzdən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.



Femida.az

Açar sözlər: #Hava    

Oxunub: 4611