"Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil" - Hikmət Hacıyev


09:39     06 Noyabr 2021 2021/11/0F008CCA-9930-44B2-B1F1-27FF3AA75197_1636177235.jpeg

Azərbaycan apardığı uğurlu əməliyyat nəticəsində Ermənistanı sülhə məcbur etdi və torpaqlarını azad etdi. Təəəssüf ki, ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səylərə baxmayaraq, heç bir nəticəyə gəlinmədi. İndi Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Femida.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, artıq Qarabağ Azərbaycanın daxili gündəminə salınıb və xarici məsələ deyil:

"Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanla Ermənistan arasında əlaqələr yoxdur. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqəsi yaradılacaq. Azərbaycan sülh müqaviləsinin bağlanmasını təklif kimi irəli sürüb və Ermənistana təklif edib. Biz sülh müqaviləsinin bağlanmasına çox iddialıyıq".

H.Hacıyev qeyd edib ki, bir il əvvəl Cənubi Qafqaz münaqişə yeri idisə, indi burada sülhün bərqərar olmasına nail olacayıq:

"Biz Gürcüstanla əməkdaşlıq edirik, Ermənistan da bu prosesə qoşula və bundan fayda görə bilər. İşğaldan azad edilən ərazilərdə dağıntı olacağını gözləyirdim, lakin bu dərəcədə olacağını bildirdim".


Femida.az

Açar sözlər: #Qarabağ   #Azərbaycan    

Oxunub: 440