Dörd məktəbdə əyani dərslər bərpa olundu


10:59     10 Noyabr 2021 2021/11/8168C22C-8A11-4E66-B05D-765E3ECF4020_1636528744.jpeg

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az -a verilən məlumata görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Femida.az

Açar sözlər: #Məktəb    

Oxunub: 466