Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
13:10 11 Noyabr 2021
"Amnistiya Aktının imzalandığı günün səhərisi, yəni 6 noyabr tarixində Penitensiar Xidmətin üzrə 36 nəfər məhkum azadlığa buraxılıb".
Femida.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov 8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu günə qədər ümumilikdə Penitensiar Xidmət üzrə 101 nəfər məhkuma Amnistiya Aktı şamil olunub.
Femida.az
Oxunub: 613