Kürdəmirdə karantini pozan toy sahibləri cərimələnib


21:21     12 Noyabr 2021 21_11_12_1636736853.jpg

Kürdəmirdə karantin rejimi qaydalarını pozan toy sahibləri cərimələnib.

Femida.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Tədbirlər nəticəsində rayonun Qaraqocalı kənd sakini Cəbrayılov Famil Cəbrayıl oğlu və Atakişili kənd sakini Cəbrayılov Niyazi Ağabala oğlunun fərdi yaşayış evinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirdiyi müəyyən edilib.

Müəyyən olunan qayda pozuntusu ilə bağlı hər iki ev sahibləri ilə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 400 manat miqdarında cərimə tətbiq olunub.

Hazırda rayon ərazisində qanunamüvafiq tədbirlərin görülməsi davam etdirilir.

Açar sözlər:

Oxunub: 583