COVID-19 pasportu olmayan 999 nəfər şənliyə buraxılmadı
11:45 13 Noyabr 2021
Noyabrın 12-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 80 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinq 71 şadlıq sarayında, 9 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 999 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Femida.az
Oxunub: 764
Oxşar xəbərlər
- "COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ
- Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi üzrə tədqiqatın II mərhələsi başlayıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
- Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
- Sabirabadda COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
- Cəlilabadda ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələri barədə araşdırma aparılır
- Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır