Gömrükçülər 218 kiloqram heroin aşkarladılar


12:59     15 Noyabr 2021 2021/11/4308E137-2D7C-4E34-AD4B-FD9C392AD5B7_1636969626.png

Gömrük əməkdaşları tərəfindən ölkənin cənub sərhədində növbəti uğurlu əməliyyat həyata keçirilib.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində məlumat verib.

Komitə sədri qeyd edib ki, əməliyyatçıların peşəkarlığı sayəsində Biləsuvar gömrük postunda, ümumi çəkisi 218 kq 334 qram olan narkotik vasitə -heroin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Femida.az

Açar sözlər: #Gömrük    

Oxunub: 675