Prezidentin dünənki çıxışı nələri dəyişəcək? - TƏHLİL


15:53     11 Yanvar 2016 prezident%20ilham%20eliyev.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən nazirləri toplayaraq iclas keçirdi.


İclas zamanı bir sıra aktual məsələlər diqqət mərkəzində idi. Prezident devalvasiya məsələsinə xüsusilə toxundu və süni qiymət artımının yolverilməz hal olduğunu nəzərə çatdırdı.

Bəs görəsən bu çıxışdan sonra ölkədə istehsal olunan məhsulların qiyməti necə tənzimlənəcək? Ən əsası maaş artımı olacaqmı?

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirdi ki, prezidentin tapşırığına uyğun olaraq yaxın vaxtlarda pensiya və maaşların artımı müşahidə olunacaq:

“Prezident bu barədə tapşırıqlarını verdi. İnflyasiya və devalvasiyanın indeksinə uyğun olaraq əmək haqqı və pensiyaların miqdarında da müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir. Düşünürəm ki, qısa müddətdə hesablamalar aparılımalıdır. Pensiya və əmək haqlarının miqdarı elə artırılmalıdır ki, vətəndaşlarımız əziyyət çəkməsin. Ona görə də qısa müddətdə yəqin ki, həm pensiyaların, həm də əməkhaqlarının miqdarında artımın şahidi olacağıq”.

Millət vəkili onu da vurğuladı ki, Milli Məclisdə yaşayış minimumu ilə bağlı yaz sessiyasında müzakirələr aparılmalıdır:

“Hesab edirəm ki, parlamentin yaz sessiyası başlayanda yaşayış minimumuna yenidən baxılardı. Aztəminatlı ailələrin ehtiyac meyarının yenidən müəyyənləşməsi lazımdır”.

İqtisadçı-ekspert Vüqar Bayramlı qeyd etdi ki, 25-30% artım gözlənilir:

“Qeyd edim ki, əmək haqqı və pensiyaların artımı ilə bağlı artıq Maliyyə Nazirliyində xüsusi layihə hazırlanıb. Devalvasiyadan sonra əmək haqqı və pensiyaların indeksasiyası gözlənilən bir prosesdir. Qiymət artımı müşahidə edilməkdədir. Həmin artımın dövlət tərəfindən konpensasiya edilməsi vacibdir. Bu baxımdan əmək haqqı və pensiyaların artırılması realdır. Yəqin ki, əmək haqqı və pensiyalar katqeqoriyasından asılı olaraq 25-30% artırılacaq. Prezident də dünənki müşavirədə artımla bağlı məsələlərə toxundu. Güman ki, yaxın vaxtlarda əmək haqqı və pensiyaların miqdarında artımın şahidi olacağıq”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 6265