Lerikdə qanunsuz qazıntı işləri aparan şirkətlə bağlı məhkəməyə müraciət olunub
13:11 01 Dekabr 2021
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.
Femida.az -ın xəbərinə görə, agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.
O qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Oxunub: 458
Oxşar xəbərlər
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lerikdə yanğın olub, xəsarət alan var
- Lerikdə icra nümayəndəsi və xəstəxana əməkdaşına cinayət işi açılıb
- Lerikdə bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
- Lerikdə dağlıq ərazidə yanğın- Helikopter qaldırıldı
- Lerikdə meşə yanır
- Lerikdə qadını öldürən molla məhkəmə qarşısına çıxarılır
- Lerikdə şəhid ailəsinə yeni mənzil verilib
- Lerikdə qətl törədən mollanın tutulması ilə bağlı rəsmi açıqlama
- Lerikdə kəndin mollası qadını öldürüb