Prezident: "Ermənistandan keçməklə Naxçıvana avtomobil və dəmir yolunun tikintisi barədə razılığa gəlmişik"


19:52     14 Dekabr 2021 21_12_14_1639497184.jpg

“Hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlmişik”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib. Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Açar sözlər:

Oxunub: 554