Şabranda iki bacı dəm qazından zəhərləniblər
17:17 02 Yanvar 2022
Şabranın Rəhimli kəndində iki bacı dəm qazından zəhərləniblər.
Femida.az -ın verdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Aygün İntiqam qızı Bayramova vanna otağında huşsuz vəziyyətdə tapılıb. O, təcili tibbi yardımın köməyi ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəyə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Günün ikinci yarısında isə ailənin digər üzvü, 1984-cü il təvəllüdlü Günay İntiqam qızı Bayramova da dəm qazından zəhərlənmə diaqnozu ilə eyni xəstəxanaya yerləşdirilib.
Vəziyyəti orta ağır olduğundan tibbi yardım göstərildikdən sonra xəstəxanada saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 743
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda bacısını qətlə yetirən şəxs tutulub