"Azəriqaz" ötən il satdığı qazın 4 %-nin pulunu yığa bilməyib
12:30 14 Yanvar 2022
Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi (İB) üzrə yığım göstəriciləri 96 % təşkil edib.
Femida.az -ın məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.
"Nəzərə alsaq ki, ötən ilin dekabr ayının son sayğac göstəricisi bu il yanvar ayının 15-dən sonra məlum olacaq, bu, pis rəqəm deyil", - deyə o, əlavə edib.
Oxunub: 456