Şamaxıdan gətirilərək sığınacağa yerləşdirilən uşaqların son durumu açıqlanıb


16:04     25 Yanvar 2022 22_01_25_1643108696.jpg

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan, məişət zorakılığı ilə üzləşdiyi müəyyən edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilən 5 uşağın reabilitasiyası davam edir.

Bu barədə Femida.az -;n sorğusuna cavab olaraq Agentlikdən məlumat verilib.

Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyinin Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsinə yerləşdirilən uşaqlar Agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesinə cəlb olunublar: "Hazırda müəssisədə onlara sosial işçi, psixoloq, sosial pedaqoq və digər mütəxəssislər tərəfindən sosial xidmətlər göstərilir. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək".

Açar sözlər:

Oxunub: 565


Oxşar xəbərlər