Bakının bir sıra ərazilərində su kəsiləcək


10:55     30 Yanvar 2022 22_01_30_1643524650.jpg

Bakının bir sıra ərazilərində su kəsiləcək.

Femida.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 30 yanvar 2022-ci il tarixində gün ərzində Azadlıq prospekti, Qəzənfər Musabəyov küçəsi və Xutor ərazisinin bəzi hissələrinə suyun verilməsində məhdudiyyətlər olacaq", - ASC rəsmisi qeyd edib.

Açar sözlər:

Oxunub: 485