DGK: "Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək"
14:55 30 Yanvar 2022
Hazırda yeni açılacaq gömrük məntəqələri beynəlxalq status daşıyan yeni hava limanlarında tikilir. Onların hər birində yeni gömrük məntəqələri, gömrük postları açılacaq.
Femida.az -ın məlumatına görə, bunları jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq burada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək.
S.Mehdiyev bildirib ki, Azərbaycan gömrük orqanlarının istər cənub, istərsə də şimal istiqamətdə yeni gömrük məntəqələrinin açılması ilə bağlı layihələr həyata keçirir: “Buna misal olaraq, şimal qapımız Rusiya ilə olan “Xanoba” gömtrük postunun və oradakı ticarəti asanlaşdırılması terrminalının tikinti-quraşdırılması bu il yekunlaşdırılması nəzərdə tutulub. Hesab edirik ki, bu gömrük-keçid məntəqəsinin açılması ilə şimal qapımızda olan idxal və ixrac əməliyyatlarımız, eyni zamanda tranzit potensialımızın qarşılanması istiqamətində nəqliyyat vasitələrinin iki dəfədən çox artıq keçməsini nəzərdə tutan yeni post inşa edilib. Bununla da biz pik zamanlarda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıracağıq”.
O xatırladıb ki, bu layihə ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq həyata keçirilir: “Gələcəkdə keçid sıxlığı olan digər gömrük məntəqələrinin restrukturizasiyası və ya yeni gömrük postlarının tikilməsi nəzərdə tutulur”.
Qeyd edək ki, hazırda Qarabağda Zəngilan Beynəlxalq Hava Limanı tikilir, Laçın Beynəlxalq Hava Limanının inşasına başlanılması üçün işlər aparılır, Füzuli Beynəlxalq Hava Limanı isə ötən il istismara verilib.
Oxunub: 499
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"