Türkiyədə 4,7 bal gücündə zəlzələ olub


10:25     31 Yanvar 2022 22_01_31_1643609248.jpg

Türkiyənin Bingöl vilayətinin Yayladərə rayonunda 4,7 bal gücündə zəlzələ olub.

Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 03:49-da baş verib. Zəlzələnin ocağı yerin 7 km dərinliyində qeydə alınıb.

Zərər çəkmişlər və dağıntılar barədə məlumat verilmir.

Açar sözlər:

Oxunub: 391