25 il məhkumluq həyatı yaşamış narkotacir tutulub
09:47 01 Fevral 2022
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az- a verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanlıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Oxunub: 430
Oxşar xəbərlər
- 25 yaşlı gəncin meyiti tapıldı
- 25 min manatı “Topaz”da uduzdu - "Hədələdilər, verdim" dedi
- 25 yaşlı hərbçimizin şəhid xəbəri gəldi
- 2500 qazi və şəhid ailəsi üzvü məşğulluğa cəlb edilib
- 250 aztəminatlı ailə üçün intensiv meyvə bağları salınır
- 25 erməni əsgəri daşıyan hərbi maşın hərəkətdə olarkən məhv edilib - VİDEO
- 2500 maşının postlardan keçmək cəhdinin qarşısı alınıb
- 25-26 iyulda koronavirus testlərinin cavabları səhv göndərilib - RƏSMİ
- 25 yaşlı qız Bakıda evlərdən oğurluq etdi
- 25 min manat tələb etməkdə təqsirli bilinən müəllimlər şikayət verib