Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək


16:28     01 Fevral 2022 22_02_01_1643709398.jpg

Azərbaycanda nəqliyyat vasitəsini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimə ediləcək.

Femida.az -ın xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qeyd edək ki, hazırda bu müddət 24 saatdır.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Açar sözlər:

Oxunub: 394