AzTV-də yeni kadr təyinatı olub


13:25     02 Fevral 2022 22_02_02_1643789848.jpg

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) yeni kadr təyinatı olub.

Femida.az -ın xəbərinə görə, qurumun əməkdaşı, Əməkdar jurnalist Yunis Orucov AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru təyin edilib.

O, bu təyinatadək həmin studiyanın direktor müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Y.Orucov Qərbi Azərbaycanda-qədim Uluxanlı mahalının Zəngibasar rayonunda dünyaya gəlib. Jurnalist fəaliyyətinə “Yeni Azərbaycan” qəzetində başlayıb, baş redaktorun müavini olub. 2006-cı ildən əmək fəaliyyətini AzTV-də davam etdirir. 2007-ci ildən etibarən Azərbaycan Prezidentini yerli və xarici səfərlərdə jurnalist kimi müşayiət edib.

Y.Orucov müxtəlif mövzularda bir sıra sənədli filmlərin ssenari müəllifidir. Ötən il “Nargin - saralmış kədər” tarixi romanı işıq üzü görüb.

Açar sözlər:

Oxunub: 353