Azərbaycana ova gələn əcnəbilər üç kateqoriyaya bölünəcək


14:23     02 Fevral 2022 22_02_02_1643793846.jpg

Azərbaycana ov üçün gələn turistlərin 3 kateqoriya üzrə bölünməsi nəzərdə tutulur.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının sədri Ramin Zamanov deyib.

Onun sözlərinə görə, yaşıl, sarı və qırmızı zonanın yaradılması planlaşdırılır: "İlk qrup yaşıl zonaya şamil ediləcək. Burada ovçuluq lisenziyası alıb və heç bir qayda pozuntusuna yol verməyən əcnəbilər daxil ediləcək. Sarı zonaya daxil olanlar müəyyən qədər qanun pozuntusuna cəhd edən, qırmızı zonaya isə ciddi qanun pozuntusu edənlər şamil ediləcək".

R.Zamanov əlavə edib ki, qırmızı zonaya daxil olan turistlər barədə ciddi tədbirlərin görülməsi planlaşdırılır: "Bunun üçün beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq niyyətindəyik. Həmin siyahıda olanlar ölkəmizə gələndə artıq onlar barədə məlumatlı ola bilərik".

Açar sözlər:

Oxunub: 455