Naxçıvana yeni daxili işlər naziri təyin edilib


19:36     07 Fevral 2022 22_02_07_1644248239.jpg

Naxçıvan Muxtar Respublikasına yeni daxili işlər naziri təyin edilib.

Femida.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, bu vəzifəyə polis polkovniki Rəşad Rafiq oğlu İsmayılov gətirilib.

Ali Məclis Sədrinin sərəncamı ilə Zahid Əjdər oğlu Gözəlov isə Naxçıvan Muxtar Respublikası daxili işlər nazirinin müavini təyin edilib.

Açar sözlər:

Oxunub: 507