Tovuzda həmyerlisini bıçaqlayan şəxsin cəzası azaldılıb


21:25     08 Fevral 2022 22_02_08_1644333966.jpg

Tovuzda həmyerlisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Oqtay Abdiyevə hökm oxunub və onun cəzası azaldılıb.

Femida.az -ın əldə etdiyi məlumata görə, bu barədə qərar Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin olunub, birinci intansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, O.Abdiyev Cinayət Məclləsinin (CM) 29,120.2.3-cü (Qəsdən adam öldürməyə cəhd, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə cəhd) maddələrindən CM-nin 126.2.2-ci (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 126.2.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələrinə tövsif olunub.

Onun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 9 ilə endirilib.

İttiham aktına əsasən, 1971-ci il təvəllüdlü O.Abdiyev 20 aprel 2019-cu il tarixdə saat 18 radələrində Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində yeyib içib. Sərxoş vəziyyətdə piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Seymur Tağıyevin onun yerişini yamsılamasından əsəbləşib.

Daha sonra O.Abdiyev S.Tağıyevi söyərək evə gedib. S.Tağıyev isə arxasınca gələrək ona və ailə üzvlərinə fiziki zor tətbiq edib.

Bundan hiddətlənən O.Abdiyev mətbəxtdən bıçaq götürüb və Ş.Tağıyevin arxasınca gedib. O.Abdiyev S.Tağıyevi yaşadığı evin həyətinin darvazası qarşısında yaxalaya bilib.

Bu zaman onun əlində bıçaqla gəldiyini görən Seymur Tağıyevin atası Cəlal Tağıyev onu sakitləşdirmək isyəyib. O.Abdiyev özündə olan bıçaqla C.Tağıyevə bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

O.Abdiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 895