"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb
14:31 17 Fevral 2022
"Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb.
Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda "Ulduz" metrostansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 m² sahədə məişət tullantıları və mazut qalıqları yanır.
Əlavə məlumat veriləcək.
Oxunub: 991