Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb


22:45     21 Fevral 2022 22_02_21_1645469422.jpg

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.

Femida.az xəbər verir ki, bu barədə dövlət başçısı özü bildirib.

O, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında səsləndirilən bəyanatlarla əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırdığını vurğulayıb.

İclas yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 22:00-da) başlayacaq.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin də Təhlükəsizlik Şurasının fövqəladə geniş iclasını keçirib. Dövlət başçısı iclas iştirakçılarının məruzələrini dinlədikdən sonra bazar ertəsi qərar verəcəyini bildirib. Rusiya Prezidenti bu gün televiziya vasitəsilə xalqa müraciət edəcək.

Açar sözlər:

Oxunub: 599