İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb


10:22     23 Fevral 2022 22_02_23_1645597068.jpg

İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçən şəxslərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev Femida.az -ın sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub.

Onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfər barəsində cərimə tətbiq edilib, digərlərinə isə məhkəmələr tərəfindən xəbərdarlıq olunub.

“Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır. Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir”, - o vurğulayıb.

Açar sözlər:

Oxunub: 534