Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni direktor təyin olunub
10:47 23 Fevral 2022
Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən, institutun direktoru vəzifəsi Pərvin Əkbərova həvalə olunub.
Məlumatı "Report"a TƏBİB-dən təsdiqləyiblər.
Oxunub: 617