Ukrayna Prezidenti döyüşməyi bacaran məhbusları azad edib


14:58     28 Fevral 2022 22_02_28_1646044333.jpg

“Real döyüş qabiliyyəti olan ukraynalılar həbsdən azad olunacaq və qaynar döyüş bölgələrində günahlarını kompensasiya edəcəklər”.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, işğalçıya qarşı mübarizəyə qoşulmaq istəyənlər bunu etməlidir: “Ona görə də qərar sadəcə mənfi qəbul edilməyib, bu, müdafiəmiz baxımından da faydalıdır. Bundan başqa, antiterror əməliyyatının iştirakçılarına tətbiq edilən sanksiyalar ləğv olunacaq”.

Açar sözlər:

Oxunub: 387