“Buta Airways” Kiyevə uçuşları ləğv edib
16:28 28 Fevral 2022
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” aviaşirkəti martın 3-də Bakıdan Kiyev şəhərinə həyata keçirilməli olan uçuşu ləğv edib
Bu barədə Femida.az-a şirkətdən bildirilib.
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Ukraynada davam edən qeyri-sabit vəziyyətlə əlaqədar martın 3-nə planlaşdırılan Bakı-Kiyev-Bakı marşrutu üzrə sərnişin reysini ləğv etdiyini açıqlayıb.
Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişə və ya cərimə tətbiq edilmədən aviabiletləri geri qaytara bilərlər.
Oxunub: 389
Oxşar xəbərlər
- “Buta Airways” əl yükünün daşınması qaydalarını dəyişdi
- “Buta Airways”in təyyarəsi halı pisləşən sərnişin üçün məcburi eniş etdi
- “Buta Airways”in təyyarəsi Ankaraya məcburi eniş edib
- “Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır
- “Buta Airways” daha bir şəhərə reys açdı
- “Buta Airways”in donanmasına “Embraer E-190” əlavə olundu