Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb


20:49     28 Fevral 2022 22_02_28_1646066978.jpg

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəsin əldə olunması üçün ilkin şərtləri açıqlayıb

Femida.az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Ukrayna ətrafında nizamlanmanın yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınacağı təqdirdə mümkün olacağını bildirib.

“Vladimir Putin vurğulayıb ki, belə bir nizamlanma yalnız Rusiyanın qanuni təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, o cümlədən Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin demilitarizasiyası vəzifələrinin həlli və onun neytral statusunun təmin edilməsi ilə mümkündür”, - deyə məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 528