Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib


12:30     03 Mart 2022 22_03_03_1646295038.jpg

Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibində dəyişiklik edilib.

Femida.az -ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında” qərarında dəyişiklik edilib.

Dəyişikliklə komissiyanın tərkibindən Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini çıxarılıb. Onun yerinə isə həmin siyahıya iqtisadiyyat nazirinin müavini əlavə edilib.

Açar sözlər:

Oxunub: 3652