Hərbi prokurorun müavini vəzifəsindən azad edilib


17:58     04 Mart 2022 22_03_04_1646402300.jpg

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Bu barədə Femida.az-a cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Açar sözlər:

Oxunub: 2839