Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb
19:12 04 Mart 2022
Son 1 ayda Bakıda cinayət törədən 75 nəfər saxlanılıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 61 nəfər tutulub.
Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərdən 36-sı barəsində məhkəmə tərəfindən həbs, 25-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslrədən ümumilikdə 12 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Hövsan, Binə, Qaraçuxur Əmircan qəsəbələrində yerləşən evlərdən, mağazalardan silsilə oğurluqlar edən 6 nəfər saxlanılıb.
Bu şəxslərin qeyd edilən ərazilərdə yerləşən 40-a yaxın ev və obyektdən pul, qızıl-zinət, məişət əşyaları, həmçinin mobil telefonlar oğurladıqları müəyyən edilib.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı rayon ərazisində soyğunçuluq və quldurluq edən 8 nəfərdən ibarət 3 cinayətkar dəstə saxlanılaraq istintaqa təqdim ediliblər.
Tutulan zaman onlardan birindən atəşə yararlı “Walter” markalı tapança və 4 ədəd parton da aşkar edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Oxunub: 531
Oxşar xəbərlər
- Son sutkada Azərbaycanda 49 nəfər koronavirusa yoluxub
- Son sutkada daha 19 nəfər koronavirusa yoluxub
- Son 10 gündə Rusiya və Ukrayna arasında 210 hərbçi meyitlərinin mübadiləsi aparılıb
- Son 18 ildə Azərbaycanda əfv edilən şəxslərin sayı açıqlanıb
- Son iki gündə 3 yol qəzası baş verib, iki nəfər ölüb
- Son iki gündə yol qəzalarında 6 nəfər ölüb
- Son 2 ayda Azərbaycanda yol qəzalarında 126 nəfər ölüb
- Son 20 gündə Azərbaycanda narkotikə görə 38 nəfər həbs edilib
- Son 2 ildə Azərbaycanda psixi pozuntusu olan şəxslər 14 qətl hadisəsi törədib - RƏSMİ
- Son iki ildə Azərbaycanda qeydə alınan intiharların sayı açıqlanıb