DSMF sədri vətəndaşları qəbul edəcək


14:31     15 Yanvar 2016 dsmf3.PNG

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qusar rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.


DSMF-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, 22 yanvar 2016-cı il tarixdə, saat 11:00-da Qusar şəhərindəki Heydər Əliyev Mərkəzində Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçiriləcək.

Fonddan bildirilir ki, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Qusar rayon şöbəsində (02338) 5-40-94

Quba rayon şöbəsində (02333) 5-26-15

Xaçmaz rayon şöbəsində (02332) 5-05-25

Şabran rayon şöbəsində (02335) 3-39-48

Siyəzən rayon şöbəsində (02330) 4-09-04

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların yanvarın 22-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1069