Ötən il Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı 101 milyon manatlıq əmlakların üzərinə həbs qoyulub
16:58 09 Mart 2022
Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri üzrə vurulan ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 2021-ci il ərzində istintaqı başa çatdırılan işlər üzrə 101 373,6 min manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Femida.az -ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, müvafiq dövr ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Belə ki, Baş İdaranin fəaliyyəti ilə bilavasitə əlaqədar olan müxtəlif normativ hüquqi akt layihələrinə dair rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Oxunub: 389
Oxşar xəbərlər
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 6 nəfər yaralanıb
- Ötən ay sərhəd rеjim qaydalarını pozan 646 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 3 nəfər ölüb
- Ötən gün məktəbi bitirən məzun çayda boğularaq ölüb
- Ötən gün yol qəzalarında 7 nəfər ölüb
- Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- Ötən il Azərbaycanda müsadirə edilən əmlakların sayı açıqlanıb