Hacıqabulda yol qəzalarında 3 nəfər xəsarət alıb


21:58     09 Mart 2022 22_03_09_1646845858.jpg

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə rayonun Udulu kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota” markalı minik avtomobil anidən idarəetməni itirib və yoldan çıxaraq dərəyə yuvarlanıb.

Hadisə zamanı kənd sakini, 1940-cı il təvəllüdlü Ağayeva Raya Azad qızı müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Digər bir qəza rayon ərazisində qeydə olub. Hacıqabul şəhər sakini, 1983-cü il təvəllüdlü Babayev Anar Təyyar oğlunun idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində sürücü A. Babayev və Hacıqabul rayon sakini, 1938-ci il təvəllüdlü Abdullayev Atamoğlan Əliyar oğlu müxtəlif xəsarətlər alıb. Hər ikisi Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 477