G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək


13:12     11 Mart 2022 22_03_11_1646983715.jpg

“Böyük Yeddilik” (G7) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Ukraynaya hücumla əlaqədar yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etməyə hazırlaşır.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirib.

ABŞ-ın paytaxtı Vaşinqtonda Atlantik Şurada çıxış edən nazir, hansı tədbirlərin müzakirə oluna biləcəyini dəqiqləşdirməyib. “Biz artıq G7 ilə yeni sanksiyalar paketi üzərində işləyirik”, - nazir deyib.

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, rəsmi Moskvaya qarşı məhdudiyyətlər Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi daşıyır.

Qeyd edək ki, G7 ölkələri həmçinin Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək. İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 320