Böyük Britaniya Azərbaycanla işgüzar əməkdaşlığı gücləndirəcək


21:38     11 Mart 2022 22_03_11_1647016880.jpg

Azərbaycanla Böyük Britaniya əməkdaşlıqlarının 30 illiyini qeyd edirlər. Ötən illər Cənub Qaz Dəhlizi, SOCAR və BP üçün də əlamətdar dövr olub.

Femida.az xəbər verir ki, bunu Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson iki ölkə arasındakı diplomatik münasibətlərin 30 illiyi münasibətilə keçirilən tədbirdə jurnalistlərə bildirib.

O, iki ölkənin gələcəkdə də buna bənzər bir çox layihəni həyata keçirəcəklərinə ümidvar olduğunu deyib.

Baronessa, həmçinin Böyük Britaniyanın Azərbaycanla işgüzar sahədəki əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Açar sözlər:

Oxunub: 325