AMEA fəlsəfə doktoru dərəcəsi almaq üçün qoyulan tələblərin bəzilərinin ləğv edilməsini istəyir
19:58 14 Mart 2022
"Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təbiət və ictimai elmlər sahəsində müdafiə edən iddiaçılara bu elmlərin xüsusiyyətləri nəzərə alınmaqla Ali Attestasiya Komissiyasının (AAK) tələbləri eyni olmamalıdır".
Femida.az xəbər verir ki, bu təkliflə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edib.
Onun sözlərinə görə, müdafiə etmək üçün çoxlu sayda sənədlərin toplanması və tələb edilməsi bir çox istedadlı, lakin maddi imkanları aşağı olan gənclərin elmdən uzaqlaşaraq başqa sahələrə getməsinə gətirib çıxarır:
"İctimai elmlərdən fərqli olaraq eksperimentlərə əsaslanan təbiət elmləri sahəsində gənc doktorantın mono-məqalə çap etdirməsi kimi tələblər heç bir məntiqə uyğun gəlmir".
Akademik bildirib ki, ölkədə təbiət və texnika elmləri sahəsində çalışan istedadlı gənc kadrları elmdə saxlamaq üçün xarici ölkələrdə olduğu kimi 2 mərhələli müdafiə sistemi ləğv edilməli, fəlsəfə doktoru hazırlığı üzrə 4 illik əyani doktorantura saxlanılmalı (yüksək səviyyəli təhsil proqramları əlavə edilməklə), elmlər doktoru dərəcəsi isə AAK-ın onsuz da tələb etdiyi nüfuzlu “Web of Science”, “Scopus” bazalarına düşən jurnallarda çap olunan məqalələrə, nəşr olunan sanballı monoqrafiyalara, dəvət olunan məruzəçi qismində beynəlxalq konfrans və konqreslərdə çıxışlara, qalibi olduğu qrantlara görə, bir sözlə, çap edilmiş əsərlər külliyatına görə, dissertasiya tərtibatına və müdafiəsinə 2-3 il vaxt itirmədən və emosional gərginlik keçirmədən verilməlidir:
"Bu qayda gənc fəlsəfə doktorlarının böyük həvəslə elmi müəssisələrdə tədqiqatlarını davam etdirmək üçün çox önəmli stimul ola bilər".
Oxunub: 394
Oxşar xəbərlər
- AMEA məlumat yayıb
- AMEA-da təcili iclas keçirilir, PA rəsmisi də iştirak edir
- AMEA-nın keçmiş prezidenti vəfat edib
- AMEA-nın 41 yaşlı əməkdaşı qəfildən vəfat edib
- AMEA-nın strukturuna dəyişikliklər ediləcək
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA prezidentinin səlahiyyətlərinin icrası Arif Həşimova həvalə olunub
- AMEA-nın professoru vəfat edib
- AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib
- AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib