Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb


20:51     14 Mart 2022 22_03_14_1647273136.jpg

2022-ci ilin yanvar ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.

Bu barədə Femida.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınıb.

Həmçinin əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,5 olub.

Açar sözlər:

Oxunub: 410