"Fox News"un əməkdaşı Kiyev yaxınlığında həlak olub


09:11     16 Mart 2022 22_03_15_1647362348.jpg

"Fox News"un operatoru Pyer Zakrjevski Kiyev yaxınlığında həlak olub.

Femida.az xəbər verir ki, bu barədə telekanalın xəbərlər proqramının aparıcısı Con Roberts tviterdə bildirib.

Digər əməkdaş, telekanalın müxbiri Benjamin Holl isə döyüşlər zamanı yaralanıb.

Onun xəsarət alması ilə bağlı məlumatı Pentaqon da təsdiqləyib və əlavə edib ki, hadisə ilə bağlı məlumat toplayırlar.

Açar sözlər:

Oxunub: 279


Oxşar xəbərlər