Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
15:15 17 Mart 2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib.
Femida.az-ın xəbərinə görə, Belçikanın paytaxtı Brüsseldə NATO müdafiə nazirlərinin iclasından Ankaraya qayıdan zaman jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, Türkiyə yalnız BMT səviyyəsində elan olunan sanksiyaları dəstəkləyir.
“Sanksiyalara qoşulmayacağıq deyə bir şey yoxdur. BMT tərəfindən qərar verilən sanksiyalar nədirsə Türkiyə onlarla bağlı üzərinə düşəni edir”, - o vurğulayıb.
H.Akar hesab edir ki, olayı böyütmək yox, məhdudlaşdırmaq lazımdır: “Atəşkəsin dərhal təmin olunması ilə birgə siyasi, diplomatik danışıqların başlaması ilə yubanmada ora sabitlik, sülh gəlməlidir”.
O qeyd edib ki, bu məsələlərdə qazanc-itki balansını yaxşı dəyərləndirmək lazımdır.
“Bu mənada bizim “Heç bir sanksiya tətbiq etməyəcəyik” şəklində mövqeyimiz yoxdur, amma uzaqgörənlik və ehtiyatla hərəkət emtəyin həm Ukrayna, həm Rusiya, həm də bölgə üçün faydalı olacağını düşünürük”, - H.Akar bildirib.
Oxunub: 309
Oxşar xəbərlər
- Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Hulusi Akar Azərbaycana satılan silahlardan danışıb
- Hulusi Akar Yunanıstana xəbərdarlıq edib
- Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışğı olub
- Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi - VİDEO
- Hulusi Akar Azərbaycan sülhməramlılarına təşəkkür edib
- Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib
- Hulusi Kılıç İlham Əliyevin “CNN Türk”ə müsahibəsini dəyərləndirdi
- Hulusi Akar Türkiyə-İran sərhədinə gedib
- Hulusi Akar Pakistan prezidenti ilə görüşüb