ABŞ-ın İraqdakı bazasına raket hücumu olub


09:55     18 Mart 2022 22_03_18_1647548302.jpg

İraqın Səlahəddin əyalətində ABŞ və digər xarici hərbçilərin yerləşdiyi hərbi bazanın ətrafına raket hücumları həyata keçirilib.

Bu barədə Femida.az “Haber Global”a istinadən xəbər verir.

"Terrorla mübarizə aparan İraq təyyarələrinin yerləşdiyi Beled Hərbi Bazasının ətrafına 4 raket zərbəsi endirilib", - İraq hökumətinin yaydığı açıqlamada bildirilir.

Hadisə nəticəsində insan və ya maddi tələfat qeydə alınmayıb.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 405