Azərbaycan çempionatının oyunlarında hakimlər döyülüb
15:14 18 Mart 2022
AFFA İntizam Komitəsi “Hövsan” komandasının futzalçısı Nihad Əcəmovu 14 oyunluq cəzalandırıb.
Femida.az-ın məlumatına görə, buna oyunçunun “Timsport”a qarşı İkinci Liqa matçında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimə qarşı fiziki təsir göstərməsi və onu təhqir etməsi səbəb olub.
Bundan başqa, görüşün 25-ci dəqiqəsində “Hövsan”ın digər üzə Zaur Həsənov referini təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Daha sonra yenidən meydan daxil olan futzalçı təhqirlərə davam etdiyi üçün 5 oyun cəza alıb.
Bundan başqa, “İSMA” Baku – “Baker Tilly” oyununda qonaq komandanın futzalçısı Orxan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, yenidən meydana qayıdaraq hakimə fiziki təsir göstərib. Bu səbəbdən Həsənovun cəzasının üzərinə 11 oyun əlavə olunub.
Oxunub: 310
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)