Məişət zorakılığı barədə məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı tövsiyələr hazırlanıb
14:51 19 Mart 2022
“Məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin, onlara dəstəyin təmin edilməsi sahəsində dövlət qurumlarının, yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin potensialının gücləndirilməsi” adlı tvinninq layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin davamı olaraq beynəlxalq ekspertlər tərəfindən tövsiyələr kitabı hazırlanıb.
Medianın İnkişaf Agentliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, kitabda məişət zorakılığı qurbanları ilə davranış qaydaları, zərərçəkənlərlə işin aparılmasına dair məlumatların mediada düzgün işıqlandırılması ilə bağlı bu sahənin nümayəndələri üçün tövsiyələr öz əksini tapıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq keçirilən layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.
Müxtəlif media subyektlərindən 50-yə yaxın media nümayəndəsinin iştirak etdiyi təlimlərin məqsədi mediada məişət zorakılığının düzgün şəkildə işıqlandırılması, məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi üçün geniş maarifləndirmə hərəkatının aparılması, gender bərabərliyi və gender əsaslı zorakılıq barədə məlumatlılığın artırılması istiqamətində medianın rolunun təhlil edilməsi və ictimai dəstək mexanizmlərinin təkmilləşdirilməsi olub.
“Məişət zorakılığı media müstəvisində” mövzusunda litvalı və avstriyalı ekspertlərin iştirakı ilə həyata keçirilən təlimlər 2021-ci il oktyabrın 19-dan 22-dək davam edib.
Oxunub: 329
Oxşar xəbərlər
- Məişət istehlakçıları üçün qaz sayğacları pulsuz quraşdırılacaq
- Məişət zorakılığı nəticəsində 13 qadın ölüb - 6 ay ərzində
- Məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planı vəkillik üçün nələr vəd edir?
- Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
- Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
- Məişət zorakılığı ilə bağlı statistika açıqlandı
- Məişət zorakılığından zərər çəkənlərə hüquqi yardım asanlaşır - 3 qurum memorandum imzaladı
- Məişət tullantıları ilə çirkləndirilmiş ərazi operativ olaraq təmizlənib