NATO-nun fövqəladə sammitinin gündəliyi açıqlanıb
21:51 19 Mart 2022
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fövqəladə zirvə toplantısında iştirak etmək üçün Belçikaya səfər edəcək.
Femida.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, toplantı martın 25-də krallığın paytaxtı Brüsseldə keçiriləcək.
Məlumata görə, sammitdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq.
Belə ki, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsində ölkəsinin mövqeyini NATO-dakı müttəfiqlərinə qeyd edəcək. O, iki ölkə arasında atəşkəsə nail olmaq üçün özünü və hərbi rəhbərliyin göstərdiyi cəhdləri alyans liderlərinə çatdıracaq.
Məlumat qeyd olunub ki, Rəcəb Tayyib Ərdoğan tərəflər arasında münaqişənin həlli ilə bağlı təkliflərini təqdim edəcək.
Eyni zamanda, sammitdə NATO liderləri Rusiya ilə Ukrayna arasında baş verənlərlə bağlı bundan sonrakı fəaliyyətə dair fikir mübadiləsi aparacaq.
Toplantıda həmçinin alyansın müdafiəsinin gücləndirilməsi və çəkindiricilik üçün atılacaq addımlar da müzakirə ediləcək.
Sammitə ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Böyük Britaniyanın Baş naziri Boris Conson da qatılacaq.
Türkiyə Prezidenti zirvə toplantısı çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər də keçirəcək.
Qeyd edək ki, məsələ ilə əlaqədar fevralın 25-də alyansa üzv dövlətlərin liderlərinin videokonfransı keçirilib.
Oxunub: 364
Oxşar xəbərlər
- NATO-nun xüsusi nümayəndəsi Gürcüstandadır
- NATO-nun şərq cinahının hərbçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib
- NATO-nun qış hərbi təlimləri başlayıb
- NATO-nun zirvə görüşü başladı
- NATO-nun mənzil-qərargahında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib
- NATO-nun baş katibi Gürcüstan prezidenti ilə görüşəcək
- NATO-nun baş katibi Ankaraya gəlir
- NATO-nun ilk azərbaycanlı qadın pilotu: Ləman Bozqurd kimdir? -
- NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub
- NATO-nun maşını Kabildə partladıldı