Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib


14:58     21 Mart 2022 22_03_21_1647859050.jpg

Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət bərpa edilib.

“Report”un Aran bürosunun məlumatına görə, bu gün səhər saatlarından etibarən qar səbəbindən bağlanan Cəlilabad-Yardımlı yoluna 4 buldozer, 4 qreyder və digər təyinatlı texnikalar cəlb olunub.

Cəlilabad Rayon İcra Hakimiyyətindən Femida.az-a bildirilib ki, iki gündür fasiləsiz yağan qar nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolundan istifadə edən 14 yaşayış məntəqəsi ilə əlaqə kəsilmişdi.

Artıq, avtomobil yolu qardan təmizlənib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Həmçinin işıqsız qalan yaşayış məntəqələrində elektrik enerjisinin verilişi bərpa edilib.

Açar sözlər:

Oxunub: 421


Oxşar xəbərlər