Ukrayna ordusu Rusiyanın iri desant gəmisini məhv edib


12:18     24 Mart 2022 22_03_24_1648109043.jpg

Ukrayna ordusu Azov dənizinin Berdyansk şəhəri sahillərində Rusiyanın “Orsk” adlı iri desant gəmisini məhv edib.

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Rusiya gəmisinin partladıldığını və yandığını əks etdirən video da yayımlanıb.

Qeyd edək ki, Rusiya qoşunları Berdyanska müharibənin ilk günlərində daxil olublar.

Açar sözlər:

Oxunub: 395