Naftalanda parkda kişi meyiti aşkarlanıb


09:03     26 Mart 2022 22_03_25_1648231433.jpg

Naftalan şəhərində park ərazisində kişi meyiti aşkarlanıb.

Femida.az-ın məlumatına görə, Naftalan şəhər sakini, 1976-cı il təvəllüdlü R.Quliyevin ölüm səbəbi hələlik məlum deyil.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 309