İsrail Baş naziri: “Qətiyyətli şəkildə Ukraynanın yanındayıq”
17:58 27 Mart 2022
“İsrail qətiyyətlə Ukrayna xalqının yanındadır, zərərin azaldılması və qan tökülməsinə son qoyulması üçün səyləri davam etdirmək əzmindədir”.
Femida.az CNN-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Naftali Bennet söyləyib.
Baş nazir əlavə edib ki, İsrail Ukraynada ən müasir səhra tipli xəstəxanasının yaradılması üçün ən yaxşı tibbi komandalar göndərib.
“Mənə məlumat verilib ki, onlar artıq 500-dən çox xəstəni qəbul edib və müalicə ediblər. Bu dəqiqə həkimlər və tibb bacıları ehtiyacı olanların həyatını xilas etmək üçün həyatlarını riskə atırlar. İsrailin gördüyü işlərlə fəxr edirəm. Sözsüz, bizdən bu müharibəni bitirmək üçün səylərə töhfə vermək istənildikdə əlimizdən gələni edirik və bunu ABŞ və avropalı tərəfdaşlarımızla sıx koordinasiyada edirik”, - N.Bennett bildirib.
Oxunub: 366
Oxşar xəbərlər
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb
- İsrail ordusu İordan çayının Qərb sahilində anti-terror əməliyyatı keçirir
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsrailin Baş naziri öz vətəndaşlarını Ukraynadan qayıtmağa çağırıb
- İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı olub
- İsrail səfirliyi Azərbaycan xalqına başsağlığı verib
- İsraillə gələcək əməkdaşlıq sahələri açıqlandı